Kazanda "Admiral" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 14-ə çatıb. SİA-nın xəbərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin Tatarıstan üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Rodıqin məlumat verib. Rusiya FHN-nin Volqayanı regional mərkəzinin rəisi İqor Panşin isə bildirib ki, dağıntılar altında 25 nəfər qala bilər.
Hadisə zamanı Tatarıstan FHN-nin Baş İdarəsinin podpolkovniki ölüb. Onun adı açıqlanmır. (ria novosti)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB