Rusiyanın Kazan şəhərində "Admiral" ticarət mərkəzində güclü yanğın olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, baş verən güclü yanğın zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı da olub. Tatarıstan Respublikasının fövqəladə hallar xidmətinin mətbuatının yaydığı məlumatda yanğın zamanı bir nəfər Azərbaycan vətəndaşının həyatını itirdiyi müəyyən olunub. Ölənlərin sayı 10 nəfərə çatıb, 25 nəfərin dağıntılar altında qaldığı güman edilir. Yanğın ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə qısaqapanma nəticəsində baş verib.
Binada olan 650 nəfər xilas edilib.
Faktla bağlı cinayət işi qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB