Ölümə səbəb olan qadın tutulub

Ölümə səbəb olan qadın tutulub

Bakıda bir nəfərin ölümü, bir nəfərin xəsarət almasına səbəb olan sürücü qadın tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 5-də Abşeron rayonu ərazisində Maqsud Şəbiyevin ölümü, Nəsimi Əlövsətlinin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "QAZ-2752-104" markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Aynur Abdullayeva tutulub.

Faktla əlaqədar araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə