Metro qarşısında ölüm

Bu gün səhər saatlarında Bakı Metropoliteninin qarşısında ölüm hadisəsi baş verib. SİA-nın xəbərinə görə, hadisə metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında qeydə alınıb. 1948-ci il təvəllüdlü Vidadi İbrahimovun ürək tutmasından dünyasını dəyişildiyi bildirilir.

Məsələ ilə bağlı Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq.

O bildirib ki, həmin şəxs metroya daxil olmayıb: "Ona görə də onun ölüm səbəbi ilə bağlı bizdə heç bir məlumat yoxdur".

Qeyd edək ki, faktla bağlı 28-ci polis bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə