Dəm qazı faciəsi - ölən var

Bakıda dəm qazından 18 nəfər zəhərlənib.Zəhərlənənlərdən əksəriyyəti xəstəxanaya yerləşdirilib. Zəhərlənmə faktları paytaxtın müxtəlif ərazil ərində qeydə alınıb. Dəm qazından zəhərlənənlərin əksəriyyəti azyaşlıdır. Zəhərlənənlərdən üçünün vəziyyəti daha ağırdır.

Dəm qazından zəhərlənənlərdən biri isə dünyasını dəyişib. Hadisə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində baş verib.

Qəsəbə sakini Qüdbəsər Allahverdiyev evində dəm qazından zəhərlənərək ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə