Ötən gün 7 yol-nəqliyyat hadisəsi baş verib

Ötən gün 7 yol-nəqliyyat hadisəsi baş verib

Martın 9-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 50 cinayət faktından 17-nin üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 7 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli bir fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 15 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə