Afiq evində yanaraq öldü

Bu gün Hacıqabul rayonunda yanğın hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, rayon mərkəzində Mirzəbaxış Nadim küçəsindəki fərdi yaşayış binasında baş verən yanğın itkisiz ötüşməyib. Belə ki, həmin ünvanda yaşayan 1962-ci il təvəllüdlü Kazımov Afiq Nadir oğlu yanaraq dünyasını dəyişib.

Mərhumun qohumlarının verdiyi məlumata görə, həyatını itirən şəxs ruhi xəstə olub. Yanğının qaz sızmasından baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə