Ağstafa Dəmir Yolu Stansiyasında elektrovozla vurulmuş adam hadisə yerində ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 6-da saat 02 radələrində Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində elektrovozla Qaçaq Kərəm kənd sakini İradə Abbasova vurulub. Nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB