Bərdə sakinini Bakıda qətlə yetirməkdə şübhəli bilinən Kürdəmir sakini tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən məlumata görə, fevralın 28-də saat 23 radələrində paytaxtın A.Heydərov küçəsində kirayədə yaşayan Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü Bəxtiyar Mail oğlu Əliyev bıçaqla qətlə yetirilib.
DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Nərimanov rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Nicat Əliheydər oğlu Məlikov müəyyən olunaraq tutulub.
Faktla bağlı istintaq gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB