Bakıda yanğın 20 nəfər təxliyə olundu

Bakıda yanğın 20 nəfər təxliyə olundu

Bakıda binada yanğın olub. SİA-nın FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tətəfindən təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə