Dilənçilərə qarşı əməliyyat 21 nəfər saxlandı

Dilənçilərə qarşı əməliyyat 21 nəfər saxlandı

Avaralıq və dilənçiliklə məşğul olan 21 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci və 18-ci Polis Bölmələri, Nəsimi RPİ və Çevik Polis Alayı əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 21 nəfər saxlanılıb.

Onların barəsində protokol tərtib edilib və xəbərdarlıq edildikdən sonra buraxılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə