20000 manatlıq oğurluq

Külli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 1-də günorta saatlarında M.Əliyev küçəsində yaşayan Arzu Mirzəyevanın evindən, açar seçmə yolu ilə 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü İlqar Arif oğlu Əliyev tutulub. Şübhəli şəxsin üzərindən 1,440 qram tiryək tiryək aşkar olunaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə