Ağdam rayon sakinindən silah-sursat götürülüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini Ziyadxan Cəfərovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "TOZ-12" markalı ov tüfəngi və 16 ədəd patron götürülüb.
Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Vitaliy Zyulkovskidən müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.
Bundan başqa, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Cürəli kənd sakini Şəfaqət Quliyevadan müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB