Evlər su altında qaldı

Bir neçə gün əvvəl yağan qarın əriməsi bölgələrdə problem yaradıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə" daxil olmuş məlumata əsasən, Salyan, Saatlı, Sabirabad və Lənkəran şəhərlərində yağan qarın əriməsi nəticəsində həyətyanı sahələrə su dolub.

FHN-in müvafiq qurumları qeyd olunan ərazilərdə suyun çəkilməsi işlərinə cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə