Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən xəbərə görə, fevralın 24-də saat 23:30 radələrində, Ramana qəsəbəsi S.Əliyev küçəsində Bakı şəhər sakinləri - 1987-ci il təvəllüdlü Elvin Şirinov idarə etdiyi "Mercedes" markalı avtomobillə 1982-ci il təvəllüdlü Xaliq Əmralıyevi vurub. X.Əmralıyev xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Suraxanı RPİ 31-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə