Masallıda torpaq sürüşməsi olub. SİA-nın Cənub bürosunun məlumatına görə, torpaq sürüşməsi Masallı rayonunun Xəlifələr kəndində qeydə alınıb. Kənd sakini Rahib Eyvazova məxsus yaşayış evinin qarşısında baş verən sürüşmə təxminən 6-7 metr dərinlikdə 70-80 metrlik ərazini əhatə edib. Torpaq qatının yola tökülməsi kənd yolunun bağlanmasına səbəb olub. Sürüşmə nəticəsində dağıntı və təlafat qeydə alınmasa da, artıq iki ev üçün ciddi təhlükə yaranıb. Sürüşmənin yenidən baş verəcəyi təqdirdə evlərin ziyan çəkəcəyi istisna edilmir.
Kənd sakinlərinin sözlərinə görə, yaşadıqları ərazidə ilk dəfədir ki, sürüşmə hadisəsi baş verir. Son günlər cənub bölgəsinə düşən güclü qarın sürüşmənin baş verməsinə səbəb olduğu bildirilir.
Sürüşmə baş verən əraziyə Masallı Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri də baxış keçiriblər.
Kənd İcra Nümayəndəsi Barat Nağıyevin sözlərinə görə, ərazidə sürüşmə təhlükəsi qaldığından hadisə barədə müvafiq qurumlar da məlumatlandırılıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB