Tələbə qız öldü FACİƏ

Dəm qazı daha bir nəfərin həyatına son qoyub.Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün rayonun Seyidzadə küçəsi 35, mənzil 5 ünvanında baş verib.

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Nuranə İlqar qızı İbadova yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Polisdən N. İbadovanın Azərbaycan Kooperasiya Universitetinin tələbəsi olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə