Axtarılan şəxsin meyiti Kürdən çıxdı

Axtarılan şəxsin meyiti Kürdən çıxdı

Mingəçevir sakinin meyiti Kür çayından tapılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 22-də Kür çayının Mingəçevir şəhərin ərazisindən keçən hissəsində şəhər sakini Hətəm Ağayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Araşdırmalar zamanı H.Ağayevin fevralın 10-dan itkin düşmüş şəxs kimi axtarışda olması müəyyən edilib.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə