Bakıda dəhşətli qəza ata öldü, oğul yaralandı

Bakıda dəhşətli qəza ata öldü, oğul yaralandı

Bakının Suraxanı rayonu ərazisində, 1987-ci il təvəllüdlü Rauf Sabir oğlu Yusifovun idarə etdiyi "VAZ 21-07" markalı avtomobillə, 184 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu toqquşub. SİA-nın xəbərinə görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb.

Qəza zamanı "VAZ 21-07" markalı avtomobildə olan 1956-cı il təvəllüdlü sərnişin, sürücünün atası Sabir Abdulla oğlu Yusifov hadisə yerində ölüb, sürücü isə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sürücü xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq xilas edilib və ağır bədən xəsarətlə ilə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə