Sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş qadın orada ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fevralın 17-də Bakının Yasamal rayonu ərazisində yaşayan Könül Quliyeva sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, 3 gündən sonra, fevralın 20-də orada ölüb.
Faktla əlaqədar araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB