Bakıda yanğın 1 nəfər öldü

Paytaxtın Nizami rayonunda emalatxanada yanğın baş verib, bir nəfər ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fevralın 19-da saat 12 radələrində paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qəsəbə sakini Telman Cəlilova məxsus emalatxanada yanğın baş verib.

Nəticədə 30 kv.m sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, orada işləyənlər - Sumqayıt şəhər sakinləri Qabil Sahilov və Elşən Sahilov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, E.Sahilov orada ölüb.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə