Sabirabad sakini 10 kiloqram narkotiklə tutuldu

Sabirabad sakini 10 kiloqram narkotiklə tutuldu

Sabirabad sakini Hüseyn Cavid küçəsi 1 saylı ünvanda yaşayan 1998-ci il təvəllüdlü Əliyev Cavidan Cabir oğlundan (11-ci sinif şagirdi) oxuduğu Nizami adına məktəbin qarşısında üzərindən 26,28 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. SİA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində atası Əliyev Cabir Əliabbas oğlunun yaşadığı ünvana baxış keçirilərkən oradan müxtəlif yerlərdə gizlədilmiş 10,19 kiloqram qurudulmuş marixuana aşkar edilib. Ata və oğul saxlanılıb.

Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

İqbal Mikayilov

Bütün xəbərlər Facebook səhifəmizdə