Masallıda yanğın hadisəsi baş verib. SİA-nın Cənub bürosunun məlumatına görə, hadisə fevralın 19-da saat 21.00 radələrində şəhərin 20 Yanvar küçəsində yerləşən aptekdə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 60 kvadratmetr olan aptekin 40 kvadratmetr ərazisi içindəki dərman pereparatları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb. İlkin hesablamalara görə, aptekin sahibi Əhməd Rüstəm oğlu Zamanova xeyli miqdarda maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB