Bakı sakinindən külli miqdarda narkotik vasitə tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən xəbərə görə, Yasamal RPİ Narkotiklə Mübarizə Bölməsi və 28-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticə sində, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Oktay Qurbanəli oğlu Eyvazovdan 10 kiloqram 500 qram marixuana aşkar olunaraq götürülüb.
Digər hadisə Yasamal rayonunda baş verib. Belə ki, Yasalam RPİ Narkotiklə Mübarizə Bölməsi, Cinayət Axtarış Şöbəsi və 26-cı PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Elçin Ramazan oğlu Kərimduxtdan naqan tipli "Revolver" markalı silah və 3 ədəd 7,62 mm patron aşkar olunaraq götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB