Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən xəbərə görə, fevralın 19-da saat 23 radələrində, Q.Qarayev prospektində Beylaqan rayon sakinləri - 1991-ci il təvəllüdlü Ruhin Neymətov idarə etdiyi "Mercedes" markalı avtomobillə 1989-cu il təvəllüdlü Nicat Babayevi vurub. Xəstəxanaya yerləşdirlən yaralı orada ölüb. Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB