Bakıda intihara cəhd hadisəsi baş verib. Nərimanov Rayon Polis İdarəsindən SİA-ya verilən məlumatda bildirilir ki, hadisə Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində olan yol ötürücüsündə qeydə alınıb.
Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Rauf Novruzov özünü körpüdən atıb. R. Novruzov müxtəlif bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB