Daxili İşlər Nazirliyi (DİN) Salyanda ruhi xəstənin yanaraq ölməsi faktı ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 17-də saat 05:00 radələrində Salyan şəhərinin 20 Yanvar küçəsində yerləşən Azərbaycan Dəmiryol İdarəsinin fəhlə təchizat bölməsinə məxsus binada yanğın baş verib.
Nəticədə 6 kv. m sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra orada yaşayan şəhər sakini, ruhi xəstə İbrahim Rüstəmovun yanmış meyiti tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB