Bakıda oğrular tutuldu. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Sia-ya verilən xəbərə görə, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Təbriz küçəsində yaşayan Nəzakət Hacıyevaya məxsus evdən 3600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Günel Fikrət qızı Həsənquliyeva, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 30-da, Q.Qarayev prospektində Bakı şəhər sakini Cabbar Məmmədova məxsus "Hyundai-Santafe" markalı avtomobildən 1000 manat pul oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, 1988-ci il təvəllüdlü Nahid Vahid oğlu İbrahimov, Nizami RPİ-24-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 22-də saat 21 radələrində, 15 saylı xətt avtobusunda Bakı şəhər sakini Fəridə Cəfərlinin əl çantasından planşet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Xəyalə Sadəddin qızı Əsgərova, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Z.Bünyadov prospektində Bakı şəhər sakini Etibar Həsənova məxsus mağazadan ayırı-ayırı vaxtlarda 5000 manat dəyərində ərzaq malları oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Soltan İlqar oğlu Vəliyev, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 14-də Bakı şəhər sakini Ətir Şükürovaya hədə-qorxu gələrək ondan 150 manat pul etməkdə şübhəli bilinən Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Adil Abbas oğlu Abdullayev tutulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB