Vəzifəli şəxs barəsində şikayətə baxılır

Vəzifəli şəxs barəsində şikayətə baxılır

Ağcabədi sakinlərinin "Azər-mühafizə" MMC-nin rayon filialının rəisi barəsində şikayəti araşdırılır. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fevralın 16-da Ağcabədi rayon sakinləri Nadir Cəfərov, Fikrət Əliyev, Emin Rzayev, Mirza İbrahimov və Vasif Quliyev rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər. Onlar 2014-cü ildə "Azər-mühafizə" MMC-nin Ağcabədi rayon filialının rəisi Malik Səfərov tərəfindən aldadılıb ümumilikdə 12900 manat pullarının alınmasını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə