Xırdalanda qəza ölən və yaralanan var

Xırdalanda qəza ölən və yaralanan var

Daxili İşlər Nazirliyi (DİN) ötən gün Xırdalanda baş verən qəzada ölən şəxslərin adlarını açıqlayıb. SİA-nın nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 16-da saat 16 radələrində Xırdalan şəhərində Saray qəsəbə sakini Səməd Tağıyev idarə etdiyi "AzSamand" markalı avtomobili yolun kənarında dayanmış Goranboy rayon sakini Müşfiq Məmmədovun idarə etdiyi "BMC" markalı avtomobilə vurub. S.Tağıyev və sərnişinlərindən həmyerlisi Cavid Əliyev hadisə yerində dünyasını dəyişib, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə