Bakı polisinin dilənçilərlə bağlı əməliyyatı davam edir. Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən xəbərə görə, DİN Çevik Polis Alayı, Nərimanov RPİ, 16-cı PB, 17-ci PB, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində paytaxt ərazisində avara həyat tərzi keçirən və dilənçiliklə məşğul olan 3 qadın, 3 azyaşlı müəyyən olunaraq barələrində protokol tərtib olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB