Bakı-Qazax avtomobil yolunun 73-cü kilometrliyində "Shacman" markalı iki yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, hadisə yerinə Nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərdən birinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB