DİN-in yoxa çıxan balıqçılarla bağlı məlumatı

DİN-in yoxa çıxan balıqçılarla bağlı məlumatı

Azərbaycan Daxili işlər Nazirliyi (DİN) Xəzər dənizində iki nəfərin batması ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fevralın 13-də Lənkəran rayon sakinləri Ceyhun Mahmudov və İbrahim Məmmədov "Yamaha-55" markalı qayıqda balıq tutmaq üçün dənizə gediblər və geri qayıtmayıblar. Həmin gün saat 13 radələrində qayığın taxta ayaqaltısı və yanacaq çəni dənizdə tapılıb. İtkin düşənlərin axtarışı davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə