Avtovağzaldan maşın oğurladı

Avtomobili qaçırmaqda şübhəli bilinən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 11-də saat 02 radələrində, Bakı Beynəlxalq Avtovağzalının dayanacağından Bakı şəhər sakini Maxbəyim Babayevaya məxsus "Mercedes" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Migəçevir şəhər sakini 1989-cu il təvəllüdlü Sarvan Nəsirov elə həmin gün 10 radələrində müəyyən olunaraq saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə