Şəxsi bank hesablarından oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən xəbərə görə, Xəzər RPİ Cinayət Axtarış Şöbəsi və 1-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən ilin dekabrın 1-də Bakı şəhər sakini Vahid Sadata məxsus şəxsi bank hesablarından 2964 manat nağd pulu çıxararaq oğurlayan Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Elxan Cahangirov tutulub. Faktla bağlı CM-nin 177-ci maddəsi ilə Cİ başlanıb, araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB