Xəzərdə balıqçılar yoxa çıxdı

Xəzər dənizinin Azərbaycan sektorunda iki balıqçı itkin düşüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Lənkəran rayonunun Nərimanabad kəndi ərazisindən 2 nəfər balıqçı balıq tutmaq məqsədilə dənizə çıxıb və geri qayıtmayıb. FHN-in aviasiya dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...