Fevralın 11-də saat 15:30 radələrində Masallı-Yardımlı avtomobil yolunun 16-cı kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini Rafiq Mustafayevin idarə etdiyi 90-LB-944 dövlət nömrə nişanlı "Toyota Prado" markalı avtomobil idarəetməni itirərək 120 metr dərinlikdə olan dərəyə yuvarlanıb.
Qəza nəticəsində avtomobildə olan 44 yaşlı Könül Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib. Maşında olan sərnişin- 41 yaşlı İlahə Əliyeva isə ağır bədən xəsarəti ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib.
Xəstəxanadan bildiriblər ki, kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri alan qadının vəziyyəti ağır qiymətləndirilir.
Yaralının vəziyyəti ağır olduğundan Bakıdan Masallı rayonuna həkim briqadası dəvət olunub.
Avtomobildə olan digər 3 sərnişin isə yüngül bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB