Polis əməliyyat keçirdi 7 nəfər saxlandı

Polis əməliyyat keçirdi 7 nəfər saxlandı

Respublikanın daxili işlər orqanları cinayətkarlığın profilaktikası məqsədilə Yevlax rayonunda xüsusi əməliyyat-axtarış tədbirləri keçirib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və rayon polis şöbəsinin əməkdaşları tərəfindən cinayətkar aləmə meyilli, sahibkarlardan hədə-qorxu ilə pul tələb edən 7 nəfər saxlanılıb. Yevlax sakinləri olan bu şəxslərin 5-i əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunub.

Onların üzərilərinə, yaşadıqları mənzillərə və istifadə etdikləri avtomobilə baxış zamanı 1 avtomat, 1 tapança, 4 əl qumbarası və müxtəlif növ xeyli miqdarda narkotik vasitələr götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə