Saxta əskinaz çap edən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 27-ci PB, Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Balakən rayon sakinləri – 1997-ci il təvəllüdlü Elmin Qasımovdan, 1983-cü il təvəllüdlü Urfan Hacıyevdən, 1994-cü il təvəllüdlü Ceyhun Osmanovdan və 1987-ci il təvəllüdlü Ruslan Xəmmədovdan 22 ədəd 20, 6 ədəd 5 və 1 ədəd 1 manatlıq saxta əskinaz aşkar olunaraq götürülüb. Onların kirayə yaşadıqları evə baxış zamanı 18 ədəd 20 və 18 ədəd 1 manatlıq saxta əskinaz və çap dəzgahı aşkarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB