Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilmiş şəxs Hicran Rəcəb oğlu Xalıqova Xırdalan şəhər sakini Natiq Zahid oğlu Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman içərisində tort olan qabın alt hissəsində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 1 ədəd "Samsung" markalı mobil telefon aparatı və 1 ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB