Lənkəranda quldurluq hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə əvvəlcə rayonun Parakənd qəsəbəsi ərazisində yerləşən "Teymur petrol" yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Rayonun Yuxarı Nüvədi kənd sakini Elvin Sakit oğlu Mürşidov tanışı Seymur Xeyrulla oğlu Əkbərovla qabaqcadan əlbir olaraq gecə saatlarında sözü gedən obyektə silahlı basqın ediblər. Belə ki, üzlərinə maska taxan hər iki şəxs məntəqənin gözətçisi Ağamaoğlan Həsən oğlu Həsənovu tüfənglə hədələyərək zor tətbiq etməklə kassada olan 40 manat pulu götürərək aradan çıxıblar.
Bununla kifayətlənməyən hər iki şəxs daha sonra Kosalar kəndi ərazisində yerləşən "LEN Petrol" yanacaqdoldurma məntəqəsinə eyni üsulla basqın edərək, məntəqənin operatoru Ramin Şəmsəddin oğlu Əhmədovun üstünə tüfənglə hücum çəkməklə kassada olan 860 manat pulu ələ keçiriblər.
Lənkəran şəhər rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtaraış tədbirləri nəticəsində quldurluq etməkdə təqsirli bilinən Elvin Mürşüdov və Seymur Əkbərov yaxlanaraq istintaq orqanlarına təhvil verilib. Dindirlmə zamanı hər iki şəxs törətdikləri əməli içkili vəziyyətdə törətdiklərini və bundan peşiman olduqlarını bildiriblər.
Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Lənkəran Şəhər rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb,araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB