"KAMAZ" 2 uşaq vurub

Bakıda "KAMAZ" iki uşağı vurub. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fevralın 9-da saat 13 radələrində, M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakinləri – 1978-ci il təvəllüdlü Visuhi Cəfərov idarə etdiyi "KAMAZ" markalı avtomobillə 2004-cü il təvəllüdlü Zivər Feyzullayevanı və 2005-ci il təvəllüdlü Hüseyn Mikayılovu vurub. Z.Feyzullayeva hadisə yerində ölüb, H.Mikayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır. Faktla bağlı CM-nin 263-cü maddəsilə Cİ açılıb. Faktla bağlı Binəqədi RPİ-də araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə