Marsel şəhərinin polis rəisi yaralandı
Fransada kriminal "RAZBORKA"

Fransanın iri şəhərlərindən olan Marseldə yerli polis idarəsinin rəisi Pyer-Mari Burnikel kriminal qrupların açdıqları atəş nəticəsində güllə yarası alaraq, xəstəxanaya aparılıb. SİA xəbər verir ki, bu barədə "Le Fiqaro" nəşri yazır. Bundan öncə isə, xəbər verilirdi ki, Fransanın baş naziri Manuel Valsın Marselə səfəri ərəfəsində naməlum adamlar "Kalaşnikov" avtomatik silahlardan atəş açıblar.

Bəlli olub ki, silahlı toqquşma Marselin Kastelian rayonunun şimal hissəsində baş verib. Bu, hər iki tərəfdən 5 və ya 10 nəfərin iştirak etdiyi və əsasən, narkotik ticarəti ilə məşğul olan kriminal qrupların ərazi əldə etmək üstündə "razborkası" olub. Hadisə yerinə gələrək, vəziyyəti yerində araşdırmaq istəyən polis rəisi isə kriminallar tərəfindən açılan atəş nəticəsində yaralanıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə