Çay evində qətl törədən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən xəbərə görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Xətai RPİ Cinayət Axtarış Şöbəsi və 34-cü PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 6-da saat 01:45 radələrində, M.Rüstəmov küçəsində yerləşən çay evində Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahlar Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Emin Musayev, 1992-ci il təvəllüdlü Loğman Rəhimov və 1993-cü il təvəllüdlü Abdulla İsmayılov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB