Bu gün axşam saatlarında Şirvan şəhəri Heydər Əliyev prospektində sürücü, Şirvan şəhər sakini, 1981-ci il təvəllüdlü Cəfərov Faiq İslam oğlunun idarə etdiyi "Azsamand Runna" markalı 10 PT 736 nömrəli minik avtomobili ilə sürücü Şirvan sakini 1965-ci il təvəllüdlü Səmədov Yadigar Vəlixan oğlunun idarə etdiyi VAZ 2107 markalı 10 MS 661 nömrəli avtomaşınla toqquşub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, nəticədə VAZ 2107 markalı avtomabil yoldan çıxaraq dərəyə aşıb və içərisində olan sərnişin 1981-ci il təvəllüdlü Əsgərov Allahverdi Rəfayıl oğlu yerindəcə dünyasını dəyişib.
Digər sərnişinlər və sürücü 1993-cü il təvəllüdlü Zərbəliyev Faiq Mirzəli oğlu, 1970-ci il təvəllüdlü Abbasov Zabil Xanbala oğlu, "Azsamand"da olan sərnişin 1980-cı il təvəllüdlü Kazımov İsgəndər İbrahim oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB