Biləsuvar rayonunda 3 yanğın hadisəsi baş verib

Biləsuvar rayonunda 3 yanğın hadisəsi baş verib

Biləsuvar rayonunda 3 yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, ilk yanğın rayonun 5-ci Qayıdış qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında baş verib. Nəticədə otağın yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi Yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın Biləsuvar rayonu, Xırmandallı kəndində Səhiyyə Nazirliyinə məxsus kənd xəstəxanasının ümumi sahəsi 360 kv.m olan birmərtəbəli korpusun 9 kv.m olan otaqda 1 ədəd elektrik qızdırıcı və masa 1 kv.m sahədə olub. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:44 yanğınsöndürənlər tərəfindən söndürülüb.

Biləsuvar şəhərində sahibi məlum olmayan ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 3 otaq və aynəbəndtən ibarət evin sahəsi 15 kv.m olan 1 otaqının yanar konstruksiyaları və içərisində olan 1 ədəd "SAMSUNG" markalı televizor yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:21 yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə