7 saylı cəza müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb

7 saylı cəza müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb

7 saylı CÇM-ə telefon keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən SİA-ya verilən məlumata görə, xiodmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1; 29,177.1; 29,177.2.2; 66.3 və 66.5 maddələrinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Famil Şamil oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası, Bakı şəhər sakini Rəfiqə Məhəmməd qızı Atakişiyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əl çantasından 1 ədəd "Samsung" markalı mobil telefon aparatı, 1 ədəd "Cin" danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə