Abşeron rayonu ərazisində "Mitsubishi" markalı avtomobil aşıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fevralın 4-də saat 01 radələrində Abşeron rayonunun Xocəsən qəsəbəsində Gədəbəy rayon sakini Allahverdi Əsgərov idarə etdiyi "Mitsubishi" markalı avtomobili aşırıb. Nəticədə A.Əsgərov hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB