Saxta zərgərlik məmulatları satan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ-6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il avqust ayında Bakı şəhər sakini Gülşən İmranovanın etibarından sui-istifadə edərək 42.000 manat dəyərində saxta zərgərlik məmulatları satmaqla dələduzluq əməli törətməkdə şübhəli bilinən - Bakı şəhər sakinləri əvvəllər məhkum olunanlar, 1959-cu il təvəllüdlü Asyaxanım Hüseynova və 1961-ci il təvəllüdlü Sevinc Orucova tutulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB