Kişi keçmiş həyat yoldaşını öldürdü FACİƏ

Kişi keçmiş həyat yoldaşını öldürdü FACİƏ

Bakıda 33 yaşlı kişi 28 yaşlı keçmiş həyat yoldaşını qətlə yetirib. SİA-nın xəbərinə görə, Nərimanov rayon Polis İdarəsindən verilən məlumatda bildirilir ki, fevralın 3-də rayonun Yusif Vəzir Çəmənzəmənli küçəsi 106, mənzil 44 ünvanında Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Qurban Əflatun oğlu Kazımov aralarında yaranan münaqişə zəminində keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Nübar Cümə qızı Muradovanı qətlə yetirib.

Hadisədən sonra Q. Kazımov damarını kəsərək intihara cəhd etsə də, buna müyəssər olmayıb. Belə ki, yaralı Q.Kazımov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə